Xose Bernardo: "Heç vaxt səhvi olmayan insana qarşı belə bir hərəkət eləmərəm" - FOTO

Xose Bernardo: "Heç vaxt səhvi olmayan insana qarşı belə bir hərəkət eləmərəm" - FOTO
10:42 27 Yanvar 2015
198 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün xarici vətəndaşı döydüyünə görə tutulduğu deyilən tanınmış teleaparıcı Xose Bernardo qısa bir açıqlama verib
Milli.Az xəbər verir ki, bir neçə gün öncə Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə zorakılığa məruz qalmış, 1988-ci il təvəllüdlü Feyzi Seyid Badulla oğlu şikayət ərizəsi yazıb.

Ərizədə bildirilir ki, Bakıdakı Əziz Əliyev küçəsində gecə klublarının birində olarkən 2 nəfər tərəfindən döyüb. Araşdırmalar nəticəsində məlum olub ki, İran vətəndaşını 1989-cu ildə anadan olmuş Bernardo Xose Pablo oğlu və Rusiya vətəndaşı Əliyev Emil Bəylər oğlu döyüblər.

Ötən gün isə bu xəbər bütün portal və saytlarda yer almışdı. Teleaparıcı isə öz səhifəsində olanları bu cür qeyd edib:

"Deyirəm, bu bəzilərinin, vallah, doğrudan da işi-gücü elə monitor arxasında oturub şir olmaqdır. Bu gün silahlı qüvvələrimiz 3 şəhid verib. Allah rəhmət eləsin!

Belə şeylər haqqında yazın da, yoxsa kimsə kimisə döydü, nə bilim nə... Əvvəla, mən heç vaxt səhv eləməyən insana qarşı belə bir hərəkət eləmərəm.

Bunu məni yaxından tanıyanlar yaxşı bilirlər. Bilmədiyiniz şeylər haqqında rəy bildirməkdən qabaq bir öyrənin, nədir-nə deyil, sonra kimisə mühakimə edin.

Bu xəbəri yazan jurnalistlərə də demək istəyirəm ki, ayıb olsun"!

Ceyhun Ələkbərov
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR