2013-cü ildə hər gün 117 339 kiberhücum həyata keçirilib

2013-cü ildə hər gün 117 339 kiberhücum həyata keçirilib
10:46 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2013-cü ildə dünyada informasiya təhlükəsizliyi (İT) sahəsində təsdiq edilmiş insidentlərin sayı 48 faiz artaraq 42,8 milyon təşkil edib. Bu, o deməkdir ki, orta hesabla hər gün 117 339 kiberhücum həyata keçirilib.
 
Vəziyyəti daha uzunmüddətli dövr üçün təhlil etsək, 2009-cu ildən aşkar edilmiş İT insidentlərinin ümumi sayının ortaillik artım tempinin (CAGR) hər il 66 faiz artmasının şahidi olarıq. Bu barədə “PwC” şirkəti tərəfindən  "CIO” və “CSO” jurnalları ilə birlikdə keçirilən “Qlobal informasiya təhlükəsizliyinin təmini, 2015-ci il üçün perspektivlər” (The Global State of Information Security Survey 2015) adlı tədqiqatın nəticələrində deyilir.
 
Nəticələrin əsasını 154 ölkənin 9700 respondentinin - şirkət rəhbərlərinin, maliyyə direktorlarının, informasiya təhlükəsizliyi üzrə direktorların, təhlükəsizlik xidməti rəhbərlərinin, vitse-prezidentlərin, İT və informasiya təhlükəsizliyi məsələləri üzrə direktorların cavabları təşkil edir.
 
2014-cü ildə dünya miqyasında kibertəhlükəsizlik sahəsi ilə əlaqədar illik təsdiq edilmiş maliyyə itkisinin göstəriciləri 2,7 milyon olub ki, bu da 2013-cü ildən 34 faiz çoxdur. Bundan başqa, 2013-cü ildə 20 milyon dollar və daha çox məbləğdə maliyyə itkiləri barədə məlumat verən təşkilatların sayı 92 faiz artıb.
 
Şirkət rəhbərlərinin narahatlığının artmasına baxmayaraq 2014-cü ildə dünyada informasiya təhlükəsizliyinin təmininə 2013-cü illə müqayisədə 4 faiz az vəsait ayrılıb. Son beş ildə İT büdcəsində informasiya təhlükəsizliyinə xərclərin payı 4 faizi ötməyib.
 
Bununla yanaşı, respondentlərin yalnız 49 faizi bildirib ki, onların təşkilatlarında bütün maraqlı xidmətlərin iştirakı ilə informasiya təhlükəsizliyi məsələlərinin müzakirəsi, sahə üzrə səylərin koordinasiyası və təşkilat əməkdaşlarının lazımi səviyyədə məlumatlandırılması üçün mütəmadi görüşlər keçirən işçi qrup yaradılıb, - "IT-Weekly” yazır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR