Məşhur türk müğənni İbrahim Tatlısəs televiziya proqramlarının birində maraqlı etiraf edib.
ANS PRESS-in məlumatına görə, türk sənət musiqisinin “imperatoru” adlandırılan məşhur müğənni İbrahim Tatlısəs “Kanal D” televiziyasında yayımlanan "Beyaz Show" proqramında canlı bağlantı ilə əlaqə qurub.
Bəyazıt Öztürkün aparıcılığı ilə efirə gedən sonuncu verilişdə qonaq qismində dəvət olunanlar arasında məşhur türküçü İbrahim Tatlısəsin oğlu İdo da olub. Onun şou proqramda iştirakı zamanı atası canlı efirə qoşulub.
Tatlısəs oğlu ilə fəxr etdiyini, onu görərkən kövrək hisslərə qapıldığını bildirib. Daha sonra proqramın digər qonağı məşhur türk sənətçisi Kibariyə də danışığa qoşulub. O, İbahimi çox sevdiyini səsləndirib. İbo isə onun sözlərini təsdiqləmək üçün hətta Kibariyənin onun corablarını yuduğunu da etiraf edib.
“İbrahim Tatlısəsin corablarını yudum. O vaxt İdonun anasınan küsmüşdü”, deyə Kibariyə də tatlısəsin sözünə qüvvət verib.