İŞİD: Avropanı sarsıdacağıq

İŞİD: Avropanı sarsıdacağıq
10:51 27 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması Qərbi yeni terror aktları ilə hədələyib və Avropa ölkələrini sarsıdacaq yeni hücumlara hazırlıq haqqında xəbərdarlıq edib.

ANS PRESS-in "Frans Press"ə istinadla verdiyi xəbərə görə, İŞİD nümayəndələrinin bu barədə təhdid dolu səs yazısı İnternetdə yerləşdirilib.

Bu il yanvarın 7-də Parisdə "Charlie Hebdo" həftəlik satirik jurnalın redaksiyasına terror hücumu nəticəsində 12 nəfər həlak olub. Yanvarın 10-da Fransanın Port-de-Vensen şəhərindəki dükanda girovların qaytarılması zamanı dörd nəfər öldürülüb.

Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiya Ali Məhkəməsi "İslam Dövləti"ni və "Ən-Nusra"nı terror təşkilatları kimi tanıyıb və inların fəaliyyəti Rusiyada rəsmən qadağan edilib.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR