ABŞ Rusiya vətəndaşlarını ittiham edir

ABŞ Rusiya vətəndaşlarını ittiham edir
10:56 27 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Rusiya vətəndaşlarını casusluqda ittiham edir.

ANS PRESS-in məlumatına görə, Nyu-York şəhərində Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən üç şəxsə qarşı ittiham irəli sürülüb.

Bu barədə Reuters agentliyi məlumat yayıb. Ehtimal edilir ki, günahlandırılanlar Rusiya Xüsusi Xidmət orqanları üçün gizli məlumatlar toplayıblar. Onların bu məqsədlə pul qarşılığında Nyu-York sakinlərindən istifadə etdikləri də bildirilir.

İstintaqın versiyasına görə, sözügedən 3 kişi Amerikada öz fəaliyyətlərinə 2012-ci ildən başlayıblar.

Onlardan biri saxlanılıb, digər iki nəfərin yeri isə hələ də naməlum qalıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR