Bakıda qadınların davası - VİDEO

Bakıda qadınların davası - VİDEO
10:57 27 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda kafe sahibi ilə qabyuyan arasında anlaşılmazlıq yaranıb
ANS TV-nin xəbərinə görə, Xətai rayonu, General Şıxlınski küçəsində yerləşən kafedə qalmaqal baş verib.

Şikayətçi Elmira Əzimova deyir ki, o, 2011-ci ildə həbsdən çıxdıqdan sonra öz alın təri ilə pul qazanmaq üçün yaxınlıqda yerləşən iaşə obyektində işə düzəlib.

O, İlqar adlı şəxsə məxsus kafedə xadimə və qabyuyan işləyib. Dediklərinə görə, onu işdən bəhanə ilə qovublar. Buna şikayətçinin noxud oğrusu, oğlunun isə narkoman olması barədə iddialar səbəb olub. Bu səbəbdən işdən çıxarılarkən şikayətçinin əmək haqqı da kəsilib.

“İyun ayından oktyabr ayına kimi 150 manat əmək haqqım ödənilməyib. Noxud oğrusu idimsə işdən azad edərdi. Bəs nə üçün deyirdi ki, kafedə təmir işləri başa çatsın, təkrar işə qayıdarsan. Əmək haqqımı tələb edəndə noxud oğrusu, oğlum isə narkoman olur”, – deyə şikayətçi Elmira Əzimova bildirib.

Adıçəkilən iaşə obyektindən isə bildirdilər ki, xanıma heç bir borc-filan yoxdur. İşdən çıxarılma səbəbi də buradan edilən oğurluqdur. Bununla razılaşmayan Elmira xanımla kafe rəhbərliyi arasında mübahisə başladı.

Daha sonra özünü iaşə obyektinin mühasibi kimi təqdim edən xanım gəldi. O da bütün deyilənləri böhtan adlandırdı. Hisslərinə hakim ola bilməyən tərəflər yenidən əlbəyaxa oldular.

Bundan sonra Elmira Əzimova iaşə obyektindən uzaqlaşmalı oldu. Kafe sahibi Nəcibə Qasımova isə ona yalnız bir gün iş pulunun verilmədiyini dedi. Bu da cəmi 5 manatdır.

“Ona bir qəpik də olsun, borcumuz yoxdur. Mənim yerimə bir başqası olsaydı, onu işə qəbul etməzdi. Məhkumluq həyatı yaşamış insandır. 5 aydır ki, burada çalşıb. Hər gün də gördüyü işin müqabilində ona pul ödənilib“, – deyə iaşə obyektinin sahibi Nəcibə Qasımova vurğulayıb.

Bundan sonra Elmira xanım kafeyə dəvət edildi. Və ona 50 manat pul təklif edildi.

Pulu qəbul etməyən Elmira Əzimova, 150 manat məbləğində pul almalı olduğunu, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət edəcəyini deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR