Azərbaycanda gənclər ekstremist çağırışlardan necə qorunacaq? - SƏNƏD

Azərbaycanda gənclər ekstremist çağırışlardan necə qorunacaq? - SƏNƏD
11:04 27 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yüksək riskli qruplardan olan gənclərə sosial-psixoloji və hüquqi yardımın göstərilməsi üçün məsləhət və yönləndirmə sistemi formalaşdırılacaq. Lent.az-ın məlumatına görə, bu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda əksini tapıb.

Bundan başqa, müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə, gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq, cəzaçəkmə müəssisələrindən azad olmuş gənclərin sosial reabilitasiyası üçün kompleks tədbirlər görüləcək.

Qeyd edək ki, prezident İlham Əliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR