Oğul atanı öldürdü

Oğul atanı öldürdü
11:06 27 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda oğul atasını bıçaqlayaraq öldürüb. Hadisə ötən gün 21 radələrində baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Masallının Seybətin kəndində baş verib. Masallı rayon prokurorluğundan verilən məlumata görə, Həmidzadə Mircamal Kamal oğlu evə gələndən sonra atası Həmidov Kamal Naib oğlu ilə aralarında münaqişə olub. Daha sonra o, bıçaqla atasını qətlə yetirib.

Həmidzadə Mircamal Kamal oğlu şübhəli şəxs qismində saxlanılıb. O, cinayət törətdiyini etiraf edib. Müstəntiqin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Hadisə ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə
ANS PRESS, Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR