Facebook və İnstaqram dayandı

Facebook və İnstaqram dayandı
11:11 27 Yanvar 2015
143 Şou
Ölkə mətbuatı
A- A+

"Facebook"da baş verən problem Azərbaycanla əlaqəli deyil".

Axşam.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. O bildirib ki, sosial şəbəkənin və İnstaqramın işləməməsi ölkədaxili problemdən qaynaqlanmır. Nazirlik rəsmisi problemin şirkətlə əlaqəli olduğunu qeyd edib.


Qeyd edək ki, dünyanın ən iri sosial şəbəkələri hesab edilən Facebook və İnstaqramda problem yaranıb. 

İstifadəçilər səhər saatlarından etibarən hesablarına daxil ola bilmirlər. Sosial şəbəkələrdə yaranan problemin səbəbi hələlik məlum deyil.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR