Yerə böyük təhlükə yaxınlaşdı - FOTO

Yerə böyük təhlükə yaxınlaşdı - FOTO
11:12 27 Yanvar 2015
548 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən gecə Yerə nəhəng 2004 BL86 asteroidi yaxınlaşıb.
 
Milli.Az ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Twitter-dəki rəsmi akkauntuna istinadən bildirir ki, çəkisi 157 milyon ton olan asteroid Yerdən 1,2 milyon kilometr aralıda idi. Bu məsafə Yerdən Aya qədər olan məsafədən 3 dəfə artıqdır.
 
2004 BL86 növbəti dəfə 200 il sonra Yerə bu qədər yaxınlaşacaq.
 
2004-cü ilin yanvarın 30-da aşkarlanmış sözügedən asteroid "Apollon qrupu"na şamil edilən səma cisimlərindəndir. 1862-ci ildə kəşf edilmiş Apollon asteroidinin adını daşıyan bu qrupda 2013-cü ilin fevralın 15-də Rusiyadakı Çebarkul gölünə düşmüş Çelyabinsk meteoriti də vardı.
 
Ötən il astrofiziklər yeni asteroidi aşkarlayıblar. Bu səma cisminin 2032-ci ildə Yerlə toqquşması istisna deyil.
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/321116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR