ABŞ bu ölkədəki səfirliyini bağladı

ABŞ bu ölkədəki səfirliyini bağladı
11:16 27 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Yəməndəki səfirliyini müvəqqəti olaraq bağlayıb. ANS PRESS-in məlumatına görə, Sana səfirliyi ikinci bir xəbərdarlığa kimi təhlükəsizlik məsələləri ilə bağlı işini dayandırıb.

Açıqlamada qeyd edilir ki, ölkə rəhbəri Abdurabbu Mansur Hadinin, baş nazir Halid Bahhah və hökumətin istefası ilə bağlı olaraq davam edən gərginlik səbəbilə konsulluq xidmətləri də göstərilmir. Fövqəladə hallarda ABŞ vətəndaşlarına məhdud şəkildə xidmət göstəriləcək.

ABŞ Dövlət Departamenti ölkədəki mövcud təhlükəsizlik problemləri və terror aktlarının ola biləcəyi ilə bağlı vətəndaşlarına səyahət etməmək haqqında xəbərdarlıq edib. Yəməndəki amerikalılara ölkəni tərk etmək haqqında müraciət edilib.

Qeyd edək ki, bir necə gün öncə Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi üsyançıların hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, bu barədə Yəmənin informasiya naziri çıxışında bildirib. Onun sözlərinə görə, sarayı hücumla alınıb. Nazir bildirib ki, söhbət dövlət çevrilişinə cəhddən gedir.
Bundan sonra Mansur Hadi və baş nazir Xalid Manfuz Bahhah istefa verərək ölkəni daha dərin böhranla üz-üzə qoyub.

Güc strukturları ilə üsyançılar arasında yanvarın 19-da baş verən silahlı qarşıdurmalarda azı 10 nəfərin öldürüldüyü, 67 nəfərin isə zərər çəkdiyi barədə məlumat yayılıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR