Xaricdə oxumaq istəyən azərbaycanlılar üçün yeni şans

Xaricdə oxumaq istəyən azərbaycanlılar üçün yeni şans
11:18 27 Yanvar 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Rumıniya hökuməti azərbaycanlı gənclər üçün 2015-2016-cı tədris ili üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı bakalavr, magistratura, doktorantura səviyyələrində siyasi və idarəçilik elmləri, təhsil sistemi sahəsi, Rumıniya mədəniyyəti və sivilizasiya, jurnalistika, qaz və neft sahəsi, texniki sahələr, kənd təsərrüfatı sahəsi, baytarlıq, memarlıq, incəsənət, musiqi ixtisasları üzrədir.

Proqram çərçivəsində 85 nəfər oxuya bilər. Təhsil almaq istəyənlər üçün yaş məhdudiyyəti qoyulmayıb.

Proqram çərçivəsində təhsil almaq istəyənlər üçün son müraciət tarixi martın 15-dir. Bütün ərizə formaları Rumıniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinə və ya Azərbaycanın Buxarest şəhərindəki diplomatik nümayəndəliyi vasitəsilə Rumıniya Xarici İşlər Nazirliyinə təqdim edilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR