Azərbaycanda daha bir kredit təşkilatı elektron arayışdan istifadə edəcək

Azərbaycanda daha bir kredit təşkilatı elektron arayışdan istifadə edəcək
11:21 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və BOKT “İnkişaf üçün Maliyyə” MMC arasında bağlanılan müqaviləyə əsasən, kredit təşkilatı artıq “Elektron hökumət” portalı üzərindən elektron arayışların verilməsinə start verir.

Mərkəzdən verilən məlumata görə, hal-hazırda BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin bütün filiallarında (8 regionu əhatə edən 10 filial) vətəndaşlar tərəfindən operativ elektron arayışı əldə etmək üçün zəruri texniki-texnoloji tədbirlər həyata keçirilib.
 
 İstifadəçilər istənilən yerdən, o cümlədən filiallarda quraşdırılan xüsusi terminallar  vasitəsilə “Elektron hökumət” portalına daxil olaraq elektron şəkildə iş yerindən və digər arayışları onlayn formalaşdıraraq kredit üçün müraciət edə bilərlər.
 
CAHANGİR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR