İKT layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi ilə bağlı seminar keçirilib

İKT layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi ilə bağlı seminar keçirilib
11:21 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Texniki Universiteti nəzdindəki Layihələrin İdarə Edilməsi və İnnovasiyalar Mərkəzində (IPMA) “İnformasiya-kommunikasiya texnologiyaları üzrə layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi” mövzusunda seminar keçirilib.
 
Universitetdən verilən məlumata görə, seminarda layihələrin idarə edilməsi üzrə qaydalar, ISO 21500 beynəlxalq standartların tətbiqi haqqında ətraflı söz açılıb. Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) təsisçisi və prezidenti, texnika elmləri doktoru, professor İqbal Babayev bildirib ki, bu beynəlxalq standart istənilən dövlət, özəl və ictimai təşkilatlarda müxtəlif layihələrin idarə edilməsində istifadə oluna bilər.
 
AzPMA-nın dəvəti ilə Azərbaycana gələn, Layihələrin İdarə Edilməsi Türkiyə Assosiasiyasının prezidenti Çetin Elmas seminarda iştirak edərək tələbə və magistrlərlə görüşüb və mövzunu ətraflı şərh edib.
 
Tədbirdə İKT üzrə layihələr sahəsində çalışan beynəlxalq ekspertlər, tələbələr, magistrlər, doktorantlar və təcrübə keçən menecerlər iştirak edib.
 
CAHANGİR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34972-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR