2014-cü ildə əhali sektoru üzrə 85 minə yaxın qaz abunəçisi qeydiyyata alınıb

11:23 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
Ötən il ərzində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 84 min 757 yeni abonent qeydiyyata alınıb.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bunun 44 656-ı Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, 40101-i isə regionların payına düşüb.
Təkcə dekabr ayı ərzində Bakı, Sumqayıt və Abşeronda 7 448, regionlarda isə 3972 olmaqla 11 min 420 yeni abonent qeydiyyata alınıb.
2014-cü il ərzində əhali sektoru üzrə 2 milyard 473 milyon 576 min 546 kubmetr həcmində təbii qaz satılıb, vəsaitin toplanması 101,08 faiz təşkil edib.
Ötən ilin dekabr ayı ərzində isə 404 milyon 077 097 kubmetr həcmində təbii qaz satılıb. Bu onunla əlaqədardır ki, 2014-cü ilin payız-qış mövsümündə tələbatın artması ilə bağlı əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2014_cu_ilde_ehali_sektoru_uzre_85_mine_yaxin_qaz_abunechisi_qeydiyyata_alinib-827720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR