İŞİD yapon girovu bu qadınla dəyişmək istəyir

İŞİD yapon girovu bu qadınla dəyişmək istəyir
11:31 27 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı Yaponiya ilə danışıqlara hazır olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Tokionun mövqeyi dəyişməz qalsa da, silahlılar şərtlərdə dəyişiklik ediblər. Onlar əllərində olan Yaponiya vətəndaşının əvəzinə həbsdə olan iraqlı qadın Sacid əl-Rişavini tələb edir. İraqlı qadın İordaniya telekanalında etiraf edib ki, 2005-ci ildə Amman otellərinin birində özünü partlatmaq istəyib.

Silsilə terror aktlarında o zaman 60-a yaxın insan ölmüşdü. Lakin qadının şəhid kəməri partlamadığında sağ qalmışdı. Onun barəsində ölüm hökmü çıxarılsa da, hələ də edam edilməyib. Sacid əl-Rişavi cəzasını həbsxanada çəkir. İŞİD terrorçuları indi yapon gorovu bu qadınla dəyişməyi təklif ediblər. Sadcid əl-Rişavi azadlığa buraxılarsa, yapon girovu buraxacaqlarına söz verirlər.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR