Möcüzə: Bişmiş yumurta yenidən çiy halına qayıtdı

11:32 27 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı kimyaçılar bişmiş soyutma yumurtanı əvvəlki vəziyyətinə qaytara biliblər. Onlar zülalların parçalanması və yumurtanın maye konsistensiyasına qayıtması üçün sidik cövhərindən istifadə ediblər.

Bu barədə Trend “Lenta.ru” saytına istinadən məlumat verib.

Məlum olduğu kimi, yumurta bişərkən maddənin daxili strukturu pozulur, protein hissəcikləri daha iri hissəciklərdə birləşir. Ona görə də yumurtanın ağı ağ və bərk olur. Lakin alimlər bu prosesi özünün ilkin vəziyyətinə qaytarmağın mümkünlüyünü iddia ediblər.

Belə ki, kimyaçılar yumurtanı 90 dərəcə Selsidə 20 dəqiqə bişirdikdən sonra onun zülalına sidik cövhəri əlavə ediblər və zülalları hissələrə parçalayıblar. Ancaq bu mərhələdə zülalların hissəcikləri hələ də bir-biri ilə yapışmış vəziyyətdə qaldıqları üçün alimlər maddəni xüsusi cihaza yerləşdiriblər.

Cihaz zülalları ilkin strukturuna qaytararaq ayrı-ayrı fraqmentləri yüngül yüklənməyə məruz qoyur. Bu prosedurdan sonra yumurtanın istifadəyə yararlı qalıb-qalmaması barədə alimlər heç nə bildirməyiblər.

Elm adamlarının fikrincə, zülalları əvvəlki strukturuna tez və asan qaytarmaq imkanı biotexnoloji istehsalata kömək edə, o cümlədən xərçəng əleyhinə preparatların hazırlanmasında xərcləri azalda bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR