Ronaldoya tarixi cəza (FOTO)

Ronaldoya tarixi cəza (FOTO)
11:36 27 Yanvar 2015
275 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in portuqaliyalı ulduzuna tarixi cəza verilə bilər.

ANS PRESS-in məlumatına görə, İspaniya La liqasında "Kordoba" ilə qarşılaşmada rəqib komandanın futbolçu Edimara təpik vurduğuna görə qırmızı vərəqə alaraq meydandan qovulan Kriştiano Ronaldoya 12 matçlıq cəza veriləcəyi gözlənilir.

3 dəfə "FIFA Ballon d'Or" mükafatını qazanan portuqaliyalı ulduzun İntizam komitəsinin toplantısında "həddindən artıq aqressiv" səbəbiylə günahkarlanarsa 12 matç forma geyinə bilməyəcək. Əgər qərar təsdiqlənərsə, Ronaldo 12 oyunda liqada "Atletiko Madrid", "Barselona", "Sevilya və "Vilyarreal" ilə oynanacaq matçlarda da forma geyə bilməyəcək.

Qeyd edək ki, "Real Madrid"in ulduzu Ronaldonun alacağı cəzanın bir neçə gün içərisində açıqlanacağı gözlənilir.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=322139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR