Siyavus Novruzov: "Musavatda artiq namized qalmayib"

Siyavus Novruzov: "Musavatda artiq namized qalmayib"
11:37 27 Yanvar 2015
359 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Yeni Azerbaycan Partiyasinin (YAP) icra katibinin muavini, Milli Meclisin deputati Siyavus Novruzovun Trend-e musahibesini teqdim edir.

- Siyavus muellim, bildiyiniz kimi, qarsidan novbeti parlament seckileri gelir. Yeni Azerbaycan Partiyasi parlament seckileri ile bagli hazirliqlara baslayib. Partiya bu istiqametde hansi isleri gorur?

- Elbette, partiya seckilere hazirlasir. Yeni Azerbaycan Partiyasi oten ilin neticelerini artiq yekunlasdirib. Bunlar statistik ve diger hesabatlari, il erzinde gorulen isleri, belediyye seckilerini ve diger meseleleri ehate edir. Bildiyiniz kimi, belediyye seckileri Yeni Azerbaycan Partiyasinin tam qelebesi ile basa catdi. Yeni Azerbaycan Partiyasi belediyyelerin texminen 68 faizden coxunda qelebe qazandi. Bunlarin hamisi bu hefte erzinde partiyanin Idare Heyeti terefinden tesdiq olunacaq. Bundan sonra cari il ucun tertib edilen tedbirler plani tesdiq edilecek. Tebii ki, bu tedbirler planinda qarsida duran esas vezifelerden biri de parlament seckilerine hazirliqdir. Bununla bagli muxtelif proqramlar hazirlanacaq. Helelik oten ilin hesabatlarinin tesdiq olunmasi ile bagli is gedir. Bundan sonra esas diqqet parlament seckilerinin kecirilmesine yonelecek.

- Belediyye seckilerinden evvel qeyd etmisdiniz ki, YAP-in namizedlerinin terkibinde deyisiklikler olacaq. Bes parlament seckilerinde namizedlerin terkibinde deyisiklikler gozlenilirmi?

- Tebii ki. Misal ucun, qeyd ede bilerem ki, builki belediyye seckilerinde Yeni Azerbaycan Partiyasi terefinden ireli surulen ve secilenler arasinda kifayet qeder deyisiklikler oldu. Secilen 10 315 belediyye uzvunun 30 faizden coxu yeni terkibde secilib. Burada gencler ve qadinlar da ustunluk teskil edib. Hesab edirem ki, parlament seckilerinde de deyisiklikler olacaq. Artiq Yeni Azerbaycan Partiyasi terefinden arasdirmalar aparilib, yeni bu arasdirmalar bes il erzinde aparilib. Bu arasdirmalari bir nece kateqoriyaya bolmek olar. Bu kateqoriyalara secicilerle isin teskili, parlamentdeki fealiyyet, beynelxalq teskilatlardaki fealiyyet, ictimaiyyetle elaqelerin qurulmasi, qanunvericilik tesebbuslerinin ireli surulmesi ve s. daxildir. Butun bunlar tedqiq olunduqdan sonra kimlerin yeniden secilmek sansinin hansi seviyyede olmasi, hansi daireden, hansi kateqoriyadan olan namizedin ireli surulmesinin daha effektli ola bileceyi, hansinin secilme sansinin daha boyuk ola bileceyi mueyyenlesdirilecek. Bu tedqiqatdan sonra mueyyen edilecek ki, hansi daireden secilmis namized artiq secicinin etimadini dogrultmur ve yaxud parlamentdeki temsilcilik dovrunde qanunvericilik tessebbusu ile, ayri-ayri meselelerle, dovletcilikle, dovletin siyasetinin mudafiesi bagli onun apardigi is qenaetbexs deyil. Bu halda artiq partiyanin rehber orqanlari terefinden hemin namizedlerin evezlenmesi ve kimlerin namizedliyinin hemin dairelerden ireli surulmesi ile bagli teklifler ireli surulecek ve bu teklifler neticesinde de namizedler mueyyenlesecek.

- Parlament seckilerinde Yeni Azerbaycan Partiyasinin uzvlerine serbestlik verile bilermi ve ya onlar yalniz partiyanin mueyyen etdiyi proqram cercivesinde seckilere getmelidirler?

- Bunu dusunmurem. Belediyye seckilerinde qismen de olsa partiya uzvlerine serbestlik verildi. Yeni 3 mine yaxin partiya uzvu ferdi qaydada namizedliyini ireli surmusdu. Elbette, secmek ve secilmek huququ her bir vetendasin konstitusion huququdur. Hem Konstitusiyada, hem de Secki Mecellesinde normalar movcuddur ki, yasi 25-den yuxari olan istenilen Azerbaycan vetendasi bu normalara uygun oz namizedliyin ireli sure biler ve secile biler. Amma burada bir partiya prinsipi de var. Partiyanin siyasi xetti var ve partiya siyasi xettine uygun sekilde de namizedlerini mueyyenlesdirir ve ireli surur. Eger kimse bu xetti istemirse, oz huquqlarini bu siyasi xett ile ust-uste salmirsa, onda o, partiyadan her hansi bir desteye, komeye arxalana bilmez. O, artiq ferdi qaydada, bir vetendas kimi oz namizedliyini ireli sure biler. Yeni hemin sexs Yeni Azerbaycan Partiyasinin namizedi kimi seckilere gede bilmez, cunki partiyanin siyasi xettine uygun olan namizedleri var, onlarin namizedliyini ireli surur ve onlara imzatoplama, tebligat-tesviqat kampaniyasinda ve diger meselelerde destek gosterir.

- Bildiyiniz kimi, muxalifet partiyalari da parlament seckilerine hazirliqlara baslayiblar, muxtelif bloklar yaratmaga cehd edirler, lakin hele ki ugurlu neticeler elde ede bilmeyibler. Muxalifet partiyalarinin seckilere hazirliqlarini nece deyerlendirirsiniz?

- Tebii ki, muxalifet partiyalarinin coxu calisacaq ki, parlament seckilerinde istirak etsin. Bilirsiniz ki, Azerbaycanda 50-ye yaxin siyasi partiya qeydiyyatdan kecib. Qeydiyyatdan kecmeyen partiyalar da var ve bunlarin da ekseriyyeti secki prosesine qatilmaga calisacaqlar ve bir coxu da bloklar seklinde. Cunki hemin partiyalarin boyuk ekseriyyetinin hec bir potensiali yoxdur, hec ayri-ayri dairelerden ireli surmeye namizedleri de yoxdur. Bilirsiniz ki, Azerbaycanda 125 secki dairesi var ve onlarin her birinden namized ireli surmek muxalifet partiyalari ucun cetinlik yaradir. Ola biler ki, hanisa seherlerde dairelerde namized ireli sursunler. Ancaq kend rayolnarinda ve yaxud ayri-ayri dairelerde onlarin namized ireli surmekde cetinlikleri olacaq.

Muxalifet partiyalarinin secki prosesinde aktiv istirak etmeye cehd gostermesinde ikinci bir sebeb ondan ibaretdir ki, siyasi partiyalarin maliyyelesmesi parlament seckileri ile elaqedardir. Eger siyasi partiya parlament seckilerinde istirak edirse, hetta secilmese bele, secicilerin 3 faizden artiq sesini qazanirsa, artiq budceden ayrilmis maliyyenin 10 faizinin bolusdurulmesinde istirak ede biler ki, bu da kifayet qeder vesait demekdir. O vesaiti almaq ucun tebii ki, siyasi partiyalar cehd gosterecekler. Hesab edirem ki, bir qrup partiya buna cehd ede bilecek. Bir qrup da var ki, cox acinacaqli bir veziyyetdedir. Misal ucun, Musavat Partiyasi deyir ki, namizedler mueyyenlesdirir, eger orada namized qalibsa. Partiyada artiq namized qalmayib. Cunki partiya iki hisseden ibaretdir ve hansi qanadin mueyyenlesdirdiyi, kimleri mueyyenlesdirdiyi melum deyil. Xalq Cebhesi Partiyasinda ise umumiyyetle hec kim yoxdur. Bele deyek, Eli Kerimlinin cangudenleri, suruculeri ve bele insanlardan ibaret suradir. Ona gore de cox guman ki, bunlar esas gucu QHT rehberlerine verecekler. QHT rehberlerini, jurnalistleri, qezet redaktorlarini oz adlarindan namized kimi ireli surecekler ki, gorunsun ki, bunlar da parlament seckilerinde istirak edirer.

- Musavat Partiyasi ve AXCP adini qeyd etdiniz. Bu iki partiya arasinda bir muddet once bas tutan gorusu nece deyerlendirirsiniz?

- Bilirsiniz ki, prezident seckilerinde Isa Qember ozu vahid namized olmaq isteyirdi. Amma Eli Kerimli ve onun etrafindakilarin ciddi cehdleri neticesinde Isa Qemberin namizedliyine imkan verilmedi ve basladilar neytral namized axtarmaga. Bir nece ugursuz namized tapdilar ve bununla da bunlarin veziyyeti yekunlasdi. Hazirda da Musavat ile AXCP arasinda cox ciddi qarsidurma var. Ele son mitinqlerinde de aydin sekilde gorundu ki, AXCP oz mitinqine Musavati buraxmadi, asagida saxlayib heresine bir sekil verib ictimaiyyet qarsisinda biabir etdi. Musavatin mitinq kecirmesi cehdi de cox ciddi sekilde AXCP terefinden pozuldu ve orada cox cuzi sayda insan istirak etdi. Bu baximdan, bunlarin gorusmesi menasiz bir seydir. Bunlar arasindaki bu qarsidurma parlament seckilerinde daha da derinlesecek.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR