Azərbaycan samboçuları dünya kubokunun mərhələ yarışında iki medal qazanıblar

11:38 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Almatı şəhərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə dünya kubokunun mərhələ yarışı yekunlaşıb.
Azərbaycan Sambo Federasiyasından AzərTAc-a bildiriblər ki, baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparan milli komandamız iki medal qazanıb.
Turnirdə Fəridə Qurbanova (64 kq) gümüş, Nəzakət Xəlilova (52 kq) isə bürünc medala sahib olub.
Görüşlərin idarə olunmasında ölkəmizi Cabir İsmayılov təmsil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR