Holokost və Xocalı müasirlərin gözü ilə

11:38 27 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, Kifayət Əliyeva, Ülviyyə Məmmədli, AzərTAc
Yanvarın 27-də Bakı Slavyan Universitetinin (BSU) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Holokost və Xocalı müasirlərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ölkə alimləri iştirak ediblər.
Əvvəlcə Holokost və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru professor Azad Məmmədovun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da BSU-nun rektoru, professor Asif Hacıyev, İsrailin Akko şəhərinin meri Şimon Lankri çıxış edərək bildiriblər ki, 2005-ci ildən bəri hər il yanvarın 27-si BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir. Diqqətə çatdırılıb ki, Holokost dünyada beynəlxalq cinayət aktı kimi tanınıb. Bu məqsədlə böyük lobbiçilik işləri aparılıb.
Natiqlər Azərbaycan lobbisinin də xalqının məruz qaldığı kütləvi qırğınların, soyqırımılarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində fəaliyyətini gücləndirəcəyinə və Azərbaycan həqiqətlərinin düzgün qiymətləndirilməsi işinə öz töhfəsini verəcəyinə inamlarını ifadə ediblər.
Daha sonra “Holokost Azərbaycanlıların gözü ilə”, “Xocalı İsraillilərin gözü ilə”, “Azərbaycanda yəhudi icması: tarix və çağdaş reallıqlar”, “Holokost soyqırımı və Xocalı faciəsi” və digər mövzularda məruzələr dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Holokost_ve_Xocali_muasirlerin_gozu_ile-827725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR