Qarabağ qazilərinin saytı fəaliyyətə başlayıb

Qarabağ qazilərinin saytı fəaliyyətə başlayıb
11:42 27 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 11:36 ]


Bakı-APA. “Qarabağ qazilər” Birliyinin www.qaziler.az saytı fəaliyyətə başlayıb. “Qarabağ qazilər” Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkilatın sədri Etimad Əsədov deyib ki, Qarabağ müharibəsi döyüşçüləri belə bir saytın fəaliyyət başlamasını çoxdan planlaşdırıblar: “Döyüşçü dostlarımızın köməyi ilə bu saytı yaratdıq. Saytın baş redaktoru Azərbaycanda kifayət qədər tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğludur”.

 

Qaziler.az saytının məqsəd və məramından danışan E.Əsədov qeyd edib ki, saytda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olanların, şəhidlərin, onların ailə üzvlərinin, o cümlədən müharibə veteranlarının problemləri, onların döyüş və həyat yolu haqqında geniş məlumatlar, dövlətin bu qəbildən olan insanlara yönəlik gördüyü işlər haqqında mütəmadi və sistemli xəbərlər veriləcək: “Sayt müharibə adamlarının öz hüquq və sosial güzəştləri haqqında daha dolğun məlumat əldə etmələri üçün maarifləndirmə işini də yerinə yetirəcək.

 

Eyni zamanda, saytda ordumuzun dünəni və bu günü, dövlətin Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar və nəticəsi haqqında vaxtaşırı xəbərlər, analitik yazılar hazırlanacaq. Sayt vətəndaşlarımız, əsasən də, gənclər arasında hərbi vətənpərvərlik işinin təbliğ edilməsinə yardımçı olacaq”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR