Gecə şiddətli döyüş gedib

Gecə şiddətli döyüş gedib
11:46 27 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Gecə ərzində Ukraynanın Novotoştovka, Staroy Aydar, Luqansk ətrafında döyüşlər gedib.

ANS PRESS-in məlumatına görə, bu barədə Espreso TV məlumat yayıb. Saat 00:35-də separatçılar Ukrayna ordusunun mövqelərini tanklardan atəşə tutaraq hücuma keçiblər. Lakin hücum dəf edilib. Separatçılar geriyə mövqelərinə doğru geri çəkiliblər.

Ukrayna ordusunun mövqeləri bütün gecə minaatan və artilleriyadan atəşə tutulub. İtkilər barədə məlumat verilməsə də döyüşlərdə həlak olanların olduğu ehtimal edilir.

Qeyd edək ki, ötən gündən etibarən Ukrayna hökuməti Donbasda fövqəladə vəzityyət elan edib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR