Azərbaycanın Vyetnamdakı səfiri bu ölkənin sənaye və ticarət naziri ilə görüşüb

11:48 27 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Yanvarın 26-da Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin sənaye və ticarət naziri Vu Huy Hoang ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə iki ölkə arasında iqtisadi sahədə əlaqələr, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycanın neft avadanlığı istehsal edən şirkətlərinin Vyetnam bazarına çıxarılması və ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub.
İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam - Azərbaycan Hökumətlərarası Komissiyanın yaradılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Vyetnamdaki_sefiri_bu_olkenin_senaye_ve_ticaret_naziri_ile_gorusub-827730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR