Viktor Valdes "Yunayted"də debüt matçına çıxıb

Viktor Valdes "Yunayted"də debüt matçına çıxıb
12:05 27 Yanvar 2015
214 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın eks-qolkiperi Viktor Valdes "Mançester Yunayted"də debüt edib. Təcrübəli qolkiper "manikunianlar"ın əvəzedici heyətində "Liverpul"a qarşı keçirilmiş oyunda çərçivəni qoruyub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Valdes qapısını toxunulmaz saxlaya bilməsə də, "Yunayted" yekunda 2:1 hesablı qələbə qazanıb.
 
""Yunayted"də debüt oyunumda "Liverpul"u məğlubiyyətə uğratmaq mənim üçün böyük şərəfdir", - Valdes tvitterdə yazıb.
 
Qeyd edək ki, oktyabr ayında "qırmızı şeytanlar"ın düşərgəsinə gələn qapıçı bir müddət öncə klubla münasibətlərini rəsmiləşdirmişdi.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR