Kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlər işlənəcək

Kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlər işlənəcək
12:06 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Cari il ərzində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlər işlənəcək. Bu istiqamətdə araşdırmalar AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 11 saylı şöbəsi tərəfindən aparılacaq.
 
Gələcək fəaliyyət planından söz açan şöbənin müdiri Şakir Mehdiyev qeyd edib ki, buraya AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı görüləcək işlər daxildir.
 
 İTİ-dən bildirilib ki, AMEA RH Mərkəzi Aparatı və əsas binada konfrans və iclasların müşayiət olunması, internet üzərindən yayımın təmin olunması və s. kimi tədbirlər də cari il üçün müəyyənləşdirilən fəaliyyət planında yer alıb.
 
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34976-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR