"Eurovision-2015"-də rəqiblərimiz məlum oldu

"Eurovision-2015"-də rəqiblərimiz məlum oldu
12:09 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin püşkatması keçirilib. Lent.az-ın məlumatına görə, püşkatma mərasimində mayın 19-u və 21-də keçiriləcək yarımfinal mərhələsində çıxış edəcək ölkələrin adları məlum olub.

 

Birinci yarımfinal mərhələsində Yunanıstan, Makedoniya, Estoniya, Hollandiya, Moldova, Finlandiya, Belçika, Serbiya, Danimarka, Ermənistan, Rumıniya, Rusiya, Albaniya, Belarus, Gürcüstan və Avstriya yer alır.

 

Mayın 21-də keçiriləcək ikinci yarımfinal mərhələsində çıxış edəcək ölkəmizin rəqibləri də məlum olub. Təmsilçimiz Norveç, İrlandiya, Çexiya, Litva, San-Marino, Malta, Portuqaliya, Çernaqoriya, İsveçrə, AZƏRBAYCAN, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç təmsilçiləri ilə final mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq.

 

Xatırladaq ki, Avstriya təmsilçisi müsabiqənin son qalibi kimi mayın 23-də keçiriləcək final mərhələsində birbaşa iştirak hüququ qazanıb. Ənənəyə uyğun olaraq “böyük beşlik ölkələri – İtaliya, İspaniya, Almaniya, Fransa və Böyük Britaniya finalda çıxış edəcəklər.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191587

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR