Gəncədə reyd keçirilib

Gəncədə reyd keçirilib
05:48 27 Dekabr 2014
246 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları axşam saatlarında reyd keçirib.

Bu dəfə reyd şəhərin Heydər Əliyev prospektində baş tutub.

Trend-in Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, reydin keçirilməsində əsas hədəf sərxoş, sənədsiz, ksenon işıqlar, avtomobillərin texniki vəziyyətinə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran sürücüləri aşkarlamaq olub.

Yoxlamalar zamanı yol hərəkət qaydalarını kobud şəkildə pozan eləcə də avtomobilin konstruksiyasına dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb.

Reydlər zamanı sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən gənc sürücülərə də rast gəlinib.

Ümumilikdə reyd zamanı 20 avtomobil cərimə meydançasına aparılıb.

Yol polisi sürücüləri nizam-intizamlı olmağa, qanunun tələblərini pozmamağa çağırır.

Əks halda keçirilən reydlər zamanı bu tələbləri pozan şəxslər cəzalandırılacaq.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının yüksək olduğu yerlərdə bu cür reydlərin ilin sonunadək, həmçinin bayram günlərində də davam etdirilməsi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR