Gündüzlər kişi, gecələr qadın olanlar - VİDEO - FOTO

Gündüzlər kişi, gecələr qadın olanlar - VİDEO - FOTO
12:17 27 Yanvar 2015
337 Dünya
Ölkə mətbuatı
A- A+

27 yaşlı Vassim Əkrəm Pakistanın Ravalpindi şəhərindəki mərkəzi bazarda yerləşən mobil telefon aksessuarları dükanında satıcıdır.
Əkrəmin gecə həyatı çox fərqlidir. Hava qaralmağa başlayanda işdən evə yollanan Əkrəm güzgünün qarşısına keçir.
 
Üzünü qırxır, dodaqlarına pomada, yanaqlarına pudra sürtür. Ənlik-kirşanı əsirgəmir.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Əkrəm Pakistandakı "rani"lərdən biridir. "Rani"lər Pakistanda toylarda rəqs edənlərə deyilir.
Əkrəm deyir: "Həyat çox ağırdır. Bir işdə çalışıb ailəmi dolandıra bilmirəm. Toylarda, ad günlərində qadın paltarı geyinərək rəqs etməklə dükanda aldığım maaşdan çox pul qazanıram".
 
Pakistandakı Əkrəm kimi "yarı qadın, yarı kişi"lərin yaşamları çox çətindir. Mühafizəkar müsəlman ölkəsində onlar ölüm təhdidləri ilə həyata malik olduqlarından, daim qorxur, ehtiyatlı davranırlar.
 
Ranilərin çoxu isə doğulduqları kənd və qəsəbələri tərk edərək şəhərlərə axışırlar.
Transseksual, transvestist olan ranilər müştəri bol pul verərsə, onunla cinsi əlaqəyə də girirlər.
Hazırda Pakistanda minlərlə rani var.
 
Ravalpindidə yaşayan 44 yaşlı Əmcad Mahmud, 43 yaşlı Bəxtavar İcaz da ranilərdir.
 
"Çox utancaq adamam. Bu səbəbdən də rəqs edəndə utanıram. Buradakı evdə mənim kimi rani olan 3 nəfərlə birlikdə yaşayıram. Onlar dostlarımdır, sanki ailəmdir. Onların yanında özümü təhlükəsizlikdə hiss edirəm", - Bəxtavar deyib.
 
2011-ci ildə Pakistanın Ali Məhkəməsi ölkədəki transseksuallara xüsusi pasport almaq hüququ verib. "Nə qadın, nə kişi" olaraq "3-cü cins" sayılan pakistanlı transseksuallara səsvermə hüququ da verilib.
 
Milli.Az
 
























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR