Zooparkda qeyri-adi masaj (FOTO)

12:21 27 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Filippinin Sebu şəhərində zooparka gələnlərə qeyri-adi xidmət təklif edirlər.

ANS PRESS-in məlumatına görə, burada müştərilərə masaj təklif edilir. Özü də masajı edənlər insanlar deyil, nəhəng ilanlardır. Bu ilanların uzunluğu təxminən 5 metr, çəkisi isə 250 kiloqramdır.

Zooparkın ehtiyacları üçün müəyyən məbləğdə pul bağışlayanlar bu qeyri-adi və təhlükəli masaj xidmətindən istifadə edə bilərlər. Zooparkın menecerinin sözlərinə görə, müştərilərin çoxu qorxsa da, masaj etdirməyə cürət edənlər sonradan razı qaldıqlarını deyirlər.

Qeyd edək ki, zooparkda əvvəllər də ilan masajı ediblər. Sonradan bu xidmət yığışdırılsa da, müştərilərin təkidindən sonra bərpa edilib.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR