Jurnalistin başsız cəsədi tapıldı

Jurnalistin başsız cəsədi tapıldı
12:21 27 Yanvar 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada itkin düşmüş jurnalistin başsız bədəni tapılıb.

ANS PRESS-in məlumatına görə, Meksika hökuməti jurnalist Moises Sances Seresonun cəsədinin tapıldığını elan edib.

Moises Sances Sereso 3 həftə əvvəl itkin düşmüşdü.

Jurnalist Meksikanın şərqində yerləşən Verakrus şəhərində yaşayırdı. Şəhər qəzetinə başçılıq edən Sereco, 2 yanvarda öz evindən oğurlanmışdı.

Meksika prokurorluğunun yaydığı məlumatda bildirilir ki, jurnalistin başı bədənindən ayrılmış cəsədi şəhərin Medelin-de-Bravo rayonunda aşkarlanıb.

Artıq keçmiş polis əməkdaşı jurnalistin qətlində əli olduğunu etiraf edib. O, şəhər merinin göstərişlərini yerinə yetirdiyini bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR