Bakıda şok olay: Sabiq deputat oğlunun maşınından 2 meyit tapıldı

Bakıda şok olay: Sabiq deputat oğlunun maşınından 2 meyit tapıldı
12:26 27 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dəhşətli hadisə baş verib.

ANS PRESS xəbər verir ki, Lent.az-ın məlumatına görə, Xətai rayonu, Gəncə prospekti 2 ünvanının qarşısındakı dəmir qarajda “Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif qızının meyidi tapılıb.

Hər iki şəxsin meyidi tapılarkən onlar yarıçılpaq vəziyyətdə olub.

Bildirilir ki, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub.

ANS PRESS-in Lent.az-a istinadən verdiyi məlumata görə, hadisənin baş verdiyi avtomobil paytaxt sakini Ansuxski Abdulqədir Əli oğluna məxsus olub.

M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qarajda avtomobilə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası hava çəkməyib və yaranmış dəm qazı nəqliyyat vasitəsinin içinə dolub.

Qeyd edək ki, daha əvvəl də oxşar hadisələr baş verib.

Onu da qeyd edək ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Abdulqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR