Səfir: İran 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə müqavilə imzalamağı planlaşdırır

12:33 27 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

İran 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə müqavilə, yaxud anlaşma memorandumu imzalamağı planlaşdırır və öz məhsullarının Rusiyaya ixracı üçün bu fürsətdən istifadə etmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Mehdi Sənai RİA Novosti-yə müsahibəsində bəyan edib.

Diplomat bildirib: "Hesab edirəm ki, 2015-ci ildə biz İranın Aİİ ilə müəyyən iqtisadi əlaqələrə malik olması üzərində çalışmalıyıq. Biz indi bunun üzərində işləyirik, İran bu fürsətdən Rusiyaya və digər ölkələrə mal ixracı üçün istifadə etmək niyyətindədir”.

Onun sözlərinə görə, İran və Rusiyanın tam əməkdaşlığı yolunda İran malları üçün yüksək gömrük rüsumları problemi dayanır: "Daha bir problem var: Rusiyaya ixrac olunan İran malları üçün yüksək gömrük tarifləri mövcuddur. İran öz mallarını tarif güzəştlərinin olduğu digər respublikalar vasitəsilə deyil, Rusiyaya birbaşa göndərir. Həmin tariflər İran üçün yüksəkdir. İranlı iş adamları tez-tez bizdən tariflərin azaldılmasına kömək etməyimizi xahiş edirlər, onlar Rusiyanın Ermənistan, Azərbaycan, Qazaxıstanla münasibətlərini misal gətirirlər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR