Yağış və qar yağacaq

Yağış və qar yağacaq
12:34 27 Yanvar 2015
261 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, axşama doğru yağış yağacaq. Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah  bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR