İŞİD-ə bağlı haker qrupu “Facebook”un işləməməsinə görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD-ə bağlı haker qrupu “Facebook”un işləməməsinə görə məsuliyyəti öz üzərinə götürdü
12:39 27 Yanvar 2015
173 Dünya
Ölkə mətbuatı
A- A+

Facebook, İnstagram və digər sosial şəbəkələrin fəaliyyətində yaranan problemlərə görə məsuliyyəti öz üzərinə “CyberKhalifate” haker qrupu götürüb. APA TV-nin məlumatına görə, İŞİD terror təşkilatına bağlı olduğu güman edilən qrup yaydığı açıqlamada bildirib ki, sosial şəbəkələrin fəaliyyətini qısa müddətə də olsa iflic etməyə müvəffəq olublar. Qeyd edək ki, “CyberKhalifate” bundan əvvəl başıbəlalı Malaysia Airlines şirkətinin saytını sındırmağa müvəffəq olub.

Bu gün Bakı vaxtı ilə 10.30 radələrində Facebook və İnstagram sosial şəbəkələrinə giriş bağlanıb. Təxminən 20 dəqiqə sonra şəbəkələrdən istifadə imkanı bərpa olunub. Media orqanları “Facebook”un fəaliyyətində yaranan problemləri ABŞ-da tüğyan edən qar fırtınası ilə əlaqlənədirirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR