Hakimlər Rəsul Cəfərovun barmaqlıqlar arxasından çıxmasına qərar verdi

Hakimlər Rəsul Cəfərovun barmaqlıqlar arxasından çıxmasına qərar verdi
12:39 27 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər - Anar Nağılbaz( Cəbiyev), Nicat İmanlı, Heybətov Əhməd, Əhmədov Cahangir də iştirak edib. Zərərçəkənlərdən Anar Nağılbaz, Əhməd Heybətov, Nicat İmanlı vəsatədlə çıxış edərək onların zərərçəkmiş şəxslərin siyahısından çıxarılmasını məhkəmədən xahiş ediblər. Bundan sonra Rəsul Cəfərovun vəkilləri Fariz Namazlı və Əlibala Rzayev vəsatəd qaldırıb. Onlar Rəsul Cəfərovun ev dustaqlığına buraxılmasını, məhkəmədə mikrafonların təşkil edilməsini və müdafiə etdikləri şəxsin dəmir barmaqlıqlardan çıxarılaraq yanlarında oturmasını xahiş ediblər. Dövlət ittihamçısı vəsadətlərin təmin olunmasını məhkəmədən istəyib. Bundan sonra hakimlər kollegiyası müşavirəyə gedib.

 

Müşavirədən qayıdan hakimlər yalnız Rəsul Cəfərovun dəmir barmaqlıqlardan vəkillərin yanında oturmasını təmin ediblər.

 

Çıxış edən Rəsul Cəfərov özünü təqsirli bilməyib. O, verilən ittihamlarının əsassız olduğunu, bunun üçün ona qarşı qaldırılan cinayət işinə xitam verilməsi ilə bağlı vəsatədlə çıxış edib. Hakimlər bu vəsadəti də təmin etməyib.

 

Məhkəmə prosesi fevralın 10-da davam edəcək.

 

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR