Yenə yağış yağacaq

Yenə yağış yağacaq
12:41 27 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında temperatur gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq.

Yanvarın 28-də rayonlarda duman, çiskin olacağı, axşama doğru yağış yağacağı, dağlıq və dağətəyi bölgələrdə sulu qar, qara keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə şərq küləyi arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 1 dərəcə aşxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR