Məhkəmə Rəsul Cəfərovla bağlı bir vəsatəti təmin edib

12:42 27 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 12:38 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

 

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə cinayət işində zərərçəkmiş kimi tanınan Nicat İmanlı, Anar Nağılbaz (Cəbiyev), Əhməd Heybətov vəsatət verərək onların zərərçəkən kimi tanınmalarına xitam verilməsini istəyiblər.

Rəsul Cəfərovun vəkili Fariz Namazlı isə müdafiə etdiyi şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini, bu təmin olunmasa, onun vəkillərinin yanında oturması haqda vəsatətlər qaldırıb.

 

Məhkəmə yalnız sonuncu vəsatəti təmin edib və Rəsul Cəfərov prosesdə vəkillərinin yanında əyləşib.

 

Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

 

İttiham aktına görə, Rəsul Cəfərov xarici təşkilatlardan aldığı qrantları müvafiq orqanlarda qeydiyyatdan keçirməyib, bununla da vergidən yayınıb.

 

Rəsul Cəfərov isə özünü təqsirli bilmədiyini deyib.

 

Proses fevralın 10-da davam etdiriləcək.

 

Qeyd edək ki, R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

İstintaq dövründə R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham da elan olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR