“Unibank”a depozit yatıran müştərilər daha yüksək faizlər əldə edəcəklər

“Unibank”a depozit yatıran müştərilər daha yüksək faizlər əldə edəcəklər
12:43 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
“Unibank”a depozit yatıran müştərilər daha yüksək faizlər əldə edəcəklər. Çünki bank “Müddətli” əmanət növü üzrə ABŞ dolları ilə qoyulan əmanətlər üçün faiz dərəcəsini artırıb.
Bankdan AzərTAc-a bildiriblər ki, dəyişikliyə əsasən, vətəndaşlar bu əmanət növü üzrə 1-3 il müddətinə dollarla olan depozitlərini illik 10-14 faizlə yerləşdirə biləcəklər. Əvvəlki şərtlərlə müqayisədə “Müddətli” əmanət növü üzrə faizlər 1,5 faizədək yüksəlib.
Hazırda “Unibank”da “Müddətli”, “Proqressiv” və “Yığım” növü olan əmanətlər mövcuddur. “Müddətli” depozitin şərtlərinə əsasən 36 ay müddətə və 14 faizədək ən azı 500 AZN/USD/EUR həcmində vəsait yerləşdirib aylıq və ya müddətin sonunda faizləri əldə etmək mümkündür. Eyni zamanda müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün məbləğdən asılı olaraq pulsuz Visa və ya Mastercard kartları təqdim olunur. Müştəri əmanətinin sığortalanmasını istəyərsə, “Müddətli” əmanət növü üzrə illik gəlirliliyi 9 faiz olan əmanət qoyuluşu həyata keçirə bilər.
“Proqressiv” depozitinin şərtlərinə əsasən müştəri əmanəti istənilən vaxtda götürərək, bu dövr üçün vəsaitləri üzrə qüvvədə olan dərəcəyə uyğun hesablanan faizləri əldə edə bilər. Bu depozit növü üzrə müddət 12 ay, minimal məbləğ 200 AZN/USD/EUR-dir.
Minimum məbləğ 50 AZN/USD/EUR olan “Yığım” depozitinin şərtlərinə uyğun olaraq, müştəri əmanətini hər ay artırmaqla (minimum 10 manat) 2 faiz əlavə bonus əldə edə bilər.
“Unibank” əmanət sahibinə depozitinin 90 faizi həcmində əmanət təminatlı kredit də verir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibanka_depozit_yatiran_musteriler_daha_yuksek_faizler_elde_edecekler-827744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR