8200-ın evakuatorları Bakıda belə fironluq edir - VİDEO

8200-ın evakuatorları Bakıda belə fironluq edir - VİDEO
12:52 27 Yanvar 2015
203 Sosial
Ölkə mətbuatı
A- A+

Evakuatorlar polisin gözü qarşısında yolun istənilən hissəsində dayanıb qəza şəraiti yaradırlar
Milli.Az xəbər verir ki, Baxış Süleymanov adlı oxucu avtosfer.az-a Bakıda evakuator sürücülərinin özbaşına hərəkətləri ilə bağlı daha bir videomaterial göndərib.

Görüntülərdən aydın olur ki, Bakının "Dərnəgül yolu" kimi tanıdığımız ərazisində – "Elit" ticarət mərkəzinin yaxınlığında bir neçə evakuator gündüz və qaranlıq vaxtlarda yolun hərəkət hissəsini bağlayır. Həmin ərazidə yolun hətta iki zolağını zəbt edən evakuatorlar həm sıxlıq, həm də təhlükəli vəziyyət yaradır. Kadrlardan o da məlum olur ki, evakuator sürücülərinin bu özbaşınalığı hətta polislərin gözü qarşısında da baş verir. Onlar həm yolun hərəkət hissəsini tuturlar, həm də avtomobili istədikləri kimi idarə edirlər.
Videodan aydın olur ki, evakutorlardan bir neçəsi 8200 evakuasiya xidmətinə məxsusdur. Avtosfer.az həmin ərazidə qayda pozan, sıxlıq və təhlükə yaradan evakuatorların dövlət nömrə nişanlarını təqdim edir:

99 BD 035
99 JG 180
90 SP 164
90 UJ 464
99 JD 822

İnanırıq ki, Dövlət Yol Polisi İdarəsi bu məsələ ilə bağlı tədbir görəcək. Çünki yolda tıxac və ya digər problem yarandıqda bundan elə DYP əməkdaşları da əziyyət çəkirlər. Hər halda, fakt göz qabağandadır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR