Saatlı və Sabirabadda 40 ailəyə 80 baş damazlıq heyvan verilib

13:03 27 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
2014-cü ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən ölkəmizdə həyata keçirilən “Azərbaycanda südlük heyvandarlığın inkişaf etdirilməsi və seleksiyası” layihəsi çərçivəsində 80 baş damazlıq heyvan gətirilərək Saatlı və Sabirabad rayonlarının ailə-kəndli və ev təsərrüfatlarında 40 ailəyə paylanılıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzərTAc-a eksklüziv müsahibəsində məlumat verib.
M.Hacıyev bildirib ki, mütəxəssislərimiz hər iki rayonda olub və sahibkarlara verilmiş hər bir heyvanın fərdi nömrəsini və pasport məlumatlarını dəqiqləşdirərək qeydiyyata götürüb. Heyvanların yemlənməsi, bəslənməsi, istiqamətli yetişdirilməsi ilə bağlı zoobaytar tələblərə uyğun lazımi göstəriş və tövsiyələr verilib. 2014-cü ilin sonunadək bu heyvanların sayı artaraq 145 başa çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saatli_ve_Sabirabadda_40_aileye_80_bas_damazliq_heyvan_verilib-827754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR