Qadını öldürərək yandıran “zek” MƏHKƏMƏ QARŞISINDA

Qadını öldürərək yandıran “zek” MƏHKƏMƏ QARŞISINDA
13:09 27 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu Mehdiabad qəsəbəsində qadını boğaraq qətlə yetirən Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 3-ə təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi keçən il iyulun 26-da baş verib. Məlahət Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

 

Araşdırmalar zamanı Məlahət Rəsulovanın boğulma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR