Cəbrayıldan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Cəbrayıldan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
13:13 27 Yanvar 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunda məskunlaşan Cəbrayıldan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu yanvarın 23-də Biləsuvar rayonu ərazisindəki 4 nömrəli qəsəbədə müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Forumda güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr - cins heyvandarlıq, çörək və şirniyyat məhsullarının istehsalı, tikiş və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.
Tədbirdə investisiya layihələrinin ümumi dəyərinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, məcburi köçkünlərin istək və arzularına uyğun istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq quraşdırılmasına dəstək göstəriləcəyi bildirilib.
Yanvarın 27-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR