Belçikanın keçmiş baş naziri vəfat edib

Belçikanın keçmiş baş naziri vəfat edib
06:48 27 Dekabr 2014
144 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Balçikanın "Mister Avropa" ləqəbini götürmüş keçmiş baş naziri Leo Tindemans həyatının 93-cü ilində vəfat edib.

Trend Lenta.ru-ya istinadan məlumat verir ki, Tindemans baş nazir vəzifəsini 1974-cü ildən 1978-ci ilə kimi tutub. Cəmiyyətdə yaranan bəzi münaqişılır səbəbindən o, istefa verib. 1979-cu ildə Avroparlament seçkilərində onu 973 min seçıcı dəstəkləmişdir. Bu rəqəm, indiyə kimi rekord olaraq qalır.

Tindemans avrointeqrasiyanın proseslərində fəal iştirak edib, Böyük Karl mükafatına layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2348186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR