Nazirlik sakinlərə heyvan paylayır

Nazirlik sakinlərə heyvan paylayır
13:24 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda südlük heyvandarlığın inkişaf etdirilməsi və seleksiyası” layihəsi çərçivəsində 80 baş damazlıq heyvan gətirilərək Saatlı və Sabirabad rayonlarının ailə-kəndli və ev təsərrüfatlarında 40 ailəyə paylanılıb. Lent.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzərTAc-a məlumat verib.


M. Hacıyev bildirib ki, KTN-nin mütəxəssisləri hər iki rayonda olub və sahibkarlara verilən hər bir heyvanın fərdi nömrəsini və pasport məlumatlarını dəqiqləşdirərək qeydiyyata götürüb. Heyvanların yemlənməsi, bəslənməsi, istiqamətli yetişdirilməsi ilə bağlı zoobaytar tələblərə uyğun lazımi göstəriş və tövsiyələr verilib. 2014-cü ilin sonunadək bu heyvanların sayı artaraq 145 başa çatıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR