Ermənistanın müdafiə naziri Dağlıq Qarabağda vurulan helikopterin kursdan çıxdığını etiraf edib

13:27 27 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 13:24 ]

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən il noyabrın 12-də Dağlıq Qarabağda vurulan hərbi helikopterin kursdan kənara çıxdığını etiraf edib.

APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, S. Ohanyan helikopterin vurulması faktı ilə bağlı xidməti təhqiqat apardıqlarını söyləyib: “Bununla əlaqədar bəzi insanlar töhmət alıblar və işdən çıxarılanlar da olub. Təlim uçuşu həyata keçirən helikopterin heyəti bir qədər kursdan kənara çıxıb”.

 

Xatırladaq ki, 2014-cü il noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli hərbi helikopter döyüş kursuna enərək Azərbaycan ordusunun mövqelərimizə hücuma cəhd edib. Azərbaycan əsgərləri tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Helikopterin 3 heyət üzvü ölüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR