“Mall”da atışma: 1 yaralı

“Mall”da atışma: 1 yaralı
07:16 27 Dekabr 2014
143 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadada iri ticarət mərkəzlərindən birində silahlı insident baş verib.

ANS PRESS-in məlumatına görə, paytaxt Ottavada yerləşən “Tanger Outlets” ticarət mərkəzində bir sıra mallara 90 % endirim tətbiq edilməsi, “mall”da sıxlıq yaşadıb və bəziləri bundan istifadə edərək oğurluğa əl atıb, ya da çaxnaşma yaradıb.

Amerikanın “CBC” telekanalı cümə günü bir nəfər naməlum şəxsin ticarət mərkəzində silaha əl atdığı və bir nəfəri yaralayaraq aradan çıxdığı barədə xəbər yayıb.

Güman edilir ki, hadisənin baş verməsinə səbəb satıcı ilə müştəri arasında olan dialoqun pozulması olub.

Yaralı hadisədən sonra xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu və cinayətkarın axtarışlarına başlandığı bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR