Leyla Yunusovanı xarici mütəxəssislər müayinə etdilər

Leyla Yunusovanı xarici mütəxəssislər müayinə etdilər
13:37 27 Yanvar 2015
215 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın müayinəsinə xarici mütəxəssislər cəlb ediliblər.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb.

Təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, 2015-ci il yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusovanın növbəti müayinəsi həyata keçirilıb, laborator analizlər üçün qan nümunələri götürülüb. Leyla Yunusovaya ginekoloji və onkoloji müayinədən keçmək dəfələrlə təklif edilib, lakin o, həmin müayinələrdən imtina edib.

Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı, həmçinin Macarıstanın Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Barsukov daxil edilib.

Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilib, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və video çəkilişi aparılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR