Bakıda maraqlı dələduzluq - FOTO

Bakıda maraqlı dələduzluq - FOTO
13:37 27 Yanvar 2015
246 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda dələduzluqla məşğul olan şəxs axtarılır. Milli.Az xəbər verir ki, özünü şou aləmində biznesmen kimi təqdim edən Orxan Səlimzadə azı 20 nəfərdən çox insana qarşı dələduzluq edib. Müxtəlif şəxslərdən işədüzəltmə, konsert vermək və sair kimi işlərə söz verərək pul alıb və aradan çıxıb.

Axtarılan şəxs barədə Milli.Az-a məlumat verən Toğrul Abbasov bildirib ki, o, ən sonuncu dələduzluq işini Yeni il gecəsi edib. Gənc dj-lərdən birini Bakı klublarının birinə dəvət edən Orxan sonradan aradan çıxaraq dj-in pulunu verməmişdi.

Məsələ ilə bağlı şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə müraciət etsələr də onların işinə baxan olmayıb. Daha sonra zərər çəkmiş şəxslər 102 "qaynar xətti"nə müraciət ediblər. "Qaynar xət"dən ərizəyə baxılacağı və cinayətkarın tezliklə yaxalanacağı bildirilib.

Məsələ ilə bağlı ittiham olunan tərəflə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Ceyhun Ələkbərov
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR