Mağazalarda 600%-lik bahalaşma

Mağazalarda 600%-lik bahalaşma
13:41 27 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada ərzaq məhsullarında rekord həddə bahalaşma qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Rusiya regional prokurorluqlarının əməkdaşları tərəfindən mağazalarda yoxlamalar aparılıb.

Prokurorluqlara yanvarın 20-dən 23-dək ticarət şəbəkələrində mallarda qiymətləndirmə mexanizmini aydınlaşdırmaq, qiymətlərin qalxmasının əsaslanmasını təhlil etmək və hesabatları hazırlamaq tapşırılıb.

Aparılan araşdırmalardan məlum olub ki, 2014-cü ilin avqust ayı ilə dekabr ayının qiymətləri arasında kəskin fərq ortaya çıxıb. Belə ki, kələm 353%, xiyar 544%, istiot isə 654% bahalaşıb. Həminki dövr üçün qarabaşağın dəyəri 276% artıb.

Ət məhsulları, donmuş balıq, pendir, xama və kartofun qiymətində isə 50%-dən artıq bahalaşma qeydə alınıb. Yanvar ayında da qiymətlərdə artım davam edib. 22 gün ərzində pomidor 26%, xiyar 48%, kök 58%, üzüm 85% bahalaşıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=322159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR